Konor Makqreqor həkimlər üçün 1 milyon avro dəyərində qoruyucu vasitələr alacaq

Konor Makqreqor həkimlər üçün 1 milyon avro dəyərində qoruyucu vasitələr alacaq
08:05 26 Mart 2020
165 Dünya
Ölkə mətbuatı
A- A+

İrlandiyalı MMA döyüşçüsü Konoq Makqreqor İrlandiyada koronavirusa yoluxan xəstələrlə işləyən hərkimlər və tibbi personal üçün 1 milyon avro dəyərində qoruyucu vasitələr alacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, K.Makqreqor bu barədə İrlandiyanın maliyyə naziri Paskal Donoxyuya bildirib.

Nazirlər yazışmanın "skrinşotları" döyüşçünün "Twitter" səhifəsində paylaşılıb.

K.Makqreqor alacağı vasitələri koronavirusdan ən çox zərərçəkən Lenqster əyalətinin xəstəxanalarına verəcəyini bildirib.

Qeyd edək ki, hazırda İrlandiyada 1,3 min koronavirusa yoluxan şəxs var, 7 nəfər ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR