Almatı və Nur-Sultan şəhərlərində banklar karantinə bağlanacaq

Almatı və Nur-Sultan şəhərlərində banklar karantinə bağlanacaq
22:17 28 Mart 2020
211 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstan Milli Bankı koronavirusla əlaqədar tətbiq olunmuş karantin rejimi ilə bağlı Nur-Sultan və Almatı şəhərlərində kommersiya banklarının fəaliyyətini məhdudlaşdırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, cari il martın 30-dan aprelin 5-dək bankların hesablaşma-kassa şöbələri bağlanacaq. Bununla yanaşı, banklar ödənişlərin və pul köçürmələrinin qəbulunu məsafəli yerinə yetirəcəklər.

Bankomat və ödəniş qəbulu terminalları adi rejimdə işləməyə davam edəcəklər. Həmin dövrdə bütün maliyyə təşkilatları, kollektor agentlikləri və lombardlar bağlanacaq.

Bundan başqa, bu tarixlərdə Nur-Sultanda və Almatıda demək olar ki, bütün müəssisə və təşkilatların fəaliyyəti dayandırılacaq. Qazaxıstanın paytaxtında martın 30-dan aprelin 5-dək ictimai nəqliyyatın hərəkəti də dayanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR