Cənubi Koreyaya gələnlər 2 həftə məcburi karantinə cəlb olunacaqlar

Cənubi Koreyaya gələnlər 2 həftə məcburi karantinə cəlb olunacaqlar
12:12 30 Mart 2020
149 Dünya
Ölkə mətbuatı
A- A+

Aprelin 1-dən başlayaraq Cənubi Koreyaya xaricdən gələn bütün şəxslər vətəndaşlığından asılı olmayaraq 2 həftəlik məcburi karantinə cəlb olunacaqlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə açıqlama verən Baş Nazir Çunq Sye-kyun xaricdən Cənubi Koreyaya yeni növ koronavirus (COVID-19) infeksiyası axınının qarşısını almaq üçün belə bir qərar qəbul olunduğunu deyib. Ölkəyə gələnlər yaşadıqları evlərdə və ya hökumətin müəyyən etdiyi yerlərdə öz hesablarına karantində qalacaqlar.

Hazırda yalnız ABŞ və Avropadan gələnlərə qarşı karantin tədbirləri həyata keçirdiyini bildirən Baş Nazir deyib ki, COVID-19 infeksiyasının bütün dünyada sürətlə yayılması səbəbindən hökumət əlavə addımlar atmağa məcbur olub.

Qeyd edək ki, son məlumata əsasən Cənubi Koreyada COVID-19 infeksiyasına 9583 yoluxma qeydə alınıb. Martın 29-da qeydə alınan 105 yeni yoluxmanın 41-i xarici mənşəlidir. Onlardan 23 nəfəri Avropa, 14-ü Amerika, 4-ü isə Asiya ölkələrindən gələnlər olub. İndiyədək, ümumilikdə xaricdən gələn 412 nəfərdə virusa yoluxma aşkarlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR