Çinin vəhşi heyvan bazarları yenidən açıldı: Yenə yarasa, ilan ətləri satılır... -

Bütün dünyada 1 milyona yaxın yoluxmaya və 34 min insanın ölümünə səbəb olan yeni növ koronavirusun meydana gəldiyi Çində vəhşi heyvan bazarları yenidən açılıb. Bəzi bölgələrdə yenidən yarasa satışının həyata keçirildiyi görülüb.

Metbuat.az xəbər verir ki, Çinin cənubundakı Donqquan əyalətinə gedən "Daily Mail" müxbiri bazarlardakı vəhşi heyvan satışının əvvəlki kimi fəaliyyətə başladığını bildirib. O deyib ki, artıq bazarda dəzgahların fotolarını çəkməyə icazə verilmir. Bu bazarlarda tülkü, yarasa, timsah, ilan, siçan, dağ siçanı, qunduz və porsuq kimi onlarla fərqli ət çeşidinin olduğu bildirilib.

Çinin cənub qərbindəki Quilin bölgəsində isə yarasaların, ilanların, hörümçəklərin və əqrəblərin xəstəliklərə şəfa niyyəti ilə satıldığı bir mağazanın fotosu yayılıb.

Qeyd edək ki, ilk dəfə ötən ilin dekabrında meydana gələn yeni növ koronavirusun əvvəlcə yarasalardan insana keçdiyi iddia edilmiş, daha sonra isə virusun panqolina deyilən heyvandan keçdiyi iddiaları yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR