Dəb sənayesi koronavirusdan sonra necə dəyişəcək? - Armani açıqladı

Dəb sənayesi koronavirusdan sonra necə dəyişəcək? - Armani açıqladı
23:08 7 Aprel 2020
Ölkə mətbuatı
A- A+

İtalyan dizayner Corcio Armani inanır ki, koronavirus pandemiyasından sonra dünya əvvəlki kimi olmayacaq və istənilən sənaye sahəsi kimi, moda da yeni reallıqlara uyğunlaşmaq məcburiyyətində qalacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli brendin rəhbəri COVID-19 bitdikdən sonra markaların iş prinsiplərini dəyişdirəcəyini açıqlayıb. Modelyer ilk növbədə istehsalı azaltmaq təklifi ilə çıxış edib:

“Düşünürəm ki, moda şoularının sayını minimuma endirmək, mövsümdən kənar kolleksiyalardan imtina etmək, o cümlədən yaz və qış kolleksiyalarını sadəcə ilin fəsillərinə əsasən satmağa başlamaq lazımdır. Payız öncəsi kolleksiya buraxmağı planlaşdırmıram.

İnanıram ki, bir kolleksiya göstərmək kifayətdir. Mövsümdən kənar kolleksiyalarla şoular arasındakı bütün fərq yalnız çatdırılma tarixləri ilə seçilir”, - deyə o, açıqlamasında qeyd edib.

Bundan əlavə, dizayner bu fikirdədir ki, bütün diqqət nəhəng büdcələrin xərcləndiyi xüsusi effektlərə və qeyri-adi detallara deyil, geyimə yönəldilməlidir. Armani həmkarlarını kiçik ölçülü kolleksiyalar buraxmağa və moda nümayişlərinin sayını minimuma endirməyə çağırıb.

Dizayner həmçinin İtaliyanın şimalındakı bütün fabrikləri yerli klinikalara pulsuz tibbi geyim tikməyə dəvət edib.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/310050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR