"Dünən "üzdəniraq" dediyiniz bugün sizə yardım edir deyə kişi adlandırırsız" -

Müğənni Nadir Qafarzadə İnstaqramdakı paylaşımı ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, sənətçi son zamanlar yardım aksiyasında iştirak edən şəxsləri tənqid edib. Nadir bildirib ki, yardım olunan insanların görüntüsünü paylaşmağı düzgün hesab etmir:

“Bilirəm ki, aranızda hər şeyi özünə sığışdırmayan, özünə güvənən insanlar var. Dünənə kimi kiməsə biz “əxlaqsız”, “pozğun”, “üzdəniraq” deyirdik. Bu gün həmin insanlara “fahişə” dediklərinin əməli o sözləri unutdurub. Onlar yaxşı insandır, "kişi"dir. O insanlara heç nə olmamış kimi davranırlar. Ehtiyaclarını ödədiyi üçün artıq ona "mərd" deyirlər. Amma qürurlu və "mərd" oğlanlar var ki, dediklərinin üzərində dayanırlar. Yenə də həmin insanlara “fahişə” deyirlər. “Sənin yardımını almaq əvəzinə, özümü asıb öldürərəm” yazırlar.

Bir də yazırlar ki, “imkansızlara yardım edirsiz?”. Təbii ki, edirəm, sadəcə paylaşıb göstərmək istəmirəm. Utanırlar. Bu gün imkanı yoxdur, sabah ola bilər. Kimsə də ona tənə vura bilər ki, sənə yardım etmişdilər. Onları sındırmaq istəmirik. Bir qarın çörəyə görə heç kim ölmür. Qürurlu insanları sevirəm, əzilmirlər. Biz həmişə belə dözümlü insanlarla fəxr edək. Yardım etsək də, o insanların üzünü göstərməyək. Orada gəlinlər, analar, qızlar var. Mən edirəm, amma onları göstəmirəm”.

Qafarzadə daha sonra başqalarından pul yığıb insanlara kömək edənlərə səslənib:

“Hər kəs öz pulu ilə yardım etsin. Başqasının pulunu xərcləməyə nə var ki... Öz halal pulunuzla edin”. (axsam.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR