“Liverpul”un sabiq futbolçusu vəfat etdi

İngiltərənin “Liverpul” klubunun keçmiş futbolçusu Maykl Robinson vəfat edib.

Metbuat.az xəbər verir ki, 2018-ci ildə dəri xərçənginə yoluxan irlandiyalı 61 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, karyerası ərzində “Mançester Siti”, “Brayton”, “Reyncers” kimi klublarda çıxış edən Robinson, 1983-1984-cü illərdə şərəfini qoruduğu “Liverpul”un heyətində 3 kubok qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR