"Koronavirus testlərinin 30%-i səhv nəticə göstərir" -

İngiltərəli mütəxəssislər neqativ çıxan koronavirus testlərinin yalnış ola biləcəyini açıqlayıb. Bu yolla xəstə olmadığını düşünən, lakin virusu daşıyan insanların xəstəliyi daha sürətli yaya biləcəyi ifadə edilib.

Metbuat.az xəbər verir ki, Varvik Universiteti Virologiya və Yoluxucu Xəstəliklər mütəxəssisi Lavrens Yonq neqativ çıxan testlərin 30%-nin səhv olduğunu düşündüyünü deyib.

Aparılan araşdırmalarda testlərin səhv çıxma səbəblərindən biri olaraq tibb işçilərinin etdiyi insani səhvlər göstərilib. İkinci səbəb isə testlərin düzgün işləməməsidir.

Mənbə: sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR