Samsung şirkəti bu qatlana bilən smartfonun 5G versiyasını hazırlayır

5 ay bundan öncə Samsung şirkəti qatlana bilən Galaxy Z Flip smartfon modelini təqdim etmişdi.

Metbuat.az xəbər verir ki, verilmiş məlumata əsasən isə şirkət hal hazırda sözügedən smartfonun bir qədər yeni versiyası üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur insayder Max Weinbach-ın sözlərinə əsasən smartfonun yenilənmiş versiyasının əsas fərqi ondan ibarət olacaq ki, o, 5G şəbəkə dəstəyini əldə edəcək. Smartfon artıq yaxın zamanda 1500$ qiymətində satışa çıxmalıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy Z Flip modeli 1380$ qiymətində satılır.

Təəssüflər olsun ki, yenilənmiş Galaxy Z Flip-in hansı prosessor modeli ilə təchiz olunacağı barəsində bir məlumat yoxdur. Bu ya Snapdragon X55 5G modeminə sahib Snapdrgon 865 prosessoru ya Snapdragon X50 5G modeminə sahib Snapdragon 855 prosessoru ya da Snapdragon X52 5G modeminə sahib Snapdragon 765 prosessoru ola bilər. Faktiki olaraq yenilənmiş Galaxy Z Flip modelinin bütün texniki göstəriciləri aktual olan Galaxy Z Flip-in texniki göstəriciləri ilə eyni olmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR