Konor Makqreqor karyerasını başa vurdu

İrlandiyanın MMA döyüşçüsü Konor Makqreqor karyerasının başa çatdığını elan edib.

Metbuat.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə məlumat verib.

“Salam uşaqlar, mən döyüşlərdən getməyə qərar verdim. Gözəl xatirələrə görə hamıya təşəkkür”, – deyə bildirib.

Qeyd edək ki, idmançı yaxın keçmişdə artıq bir neçə dəfə – 2016 və 2019-cu illərdə MMA-da karyerasının başa çatdığını elan etmişdi.(Yenicag)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR