​Türkiyənin "Beşiktaş" klubu "Sabah" komandasının futbolçusu Ozan Can Kökçü ilə maraqlanır

Türkiyənin "Beşiktaş" klubu "Sabah" komandasının futbolçusu Ozan Can Kökçü ilə maraqlanır.

Metbuat.az Akşam-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ölkənin "Kasımpaşa" komandasının da gündəmindədir.

"Qara qartallar" "Sabah"la razılaşsa, transfer həll olunacaq. Bunadək "Beşiktaş"ın Niderlandın "Feyenoord" klubunda çıxış edən Kökçünün qardaşı Orkun Kökçünü də istədiyi, lakin artıq bu transferdən imtina etdiyi deyilir.

Qeyd edək ki, Ozan Can Kökçü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür. Onun "Sabah"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR