Hər zaman yayımladığı karikaturalarda gizli mənalar və mesajlar çatdıran İngiltərənin “The Economist” jurnalı 2020-ci ilin dekabr buraxılışı üçün nəzərdə tutulan karikaturda da ənənəsinə sadiq qalıb.
Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, jurnalın hazırladığı sözügedən rəsmdə İngiltərənin keçmiş Baş naziri Tereza Mey və ABŞ prezidenti Donald Trampın şəkilləri yerləşdirilib.
Bir sıra konsproloqlar hesab edirlər ki, fotoda bu ilin noyabr ayında Amerikada keçiriləcək prezdent seçkilərinə işarə edilib. Burada hakimiyyəti itirənlərdən bəhs edilir. Trampla Tereza Meyin bənzətməsi də bu mənanı ifadə edir. Hesab edilir ki, payızkı seçkilərdə D. Tramp seçkidə uduzacaq və hakimiyyətlə vidalaşacaq.
Bəziləri bunu həm də qlobal güclərin artıq Trampı yola salmağa hazırlaşdığının işarəsi kimi izah edirlər.