Koronavirusdan ölənlərin sayı 440 mini ötdü

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 8 milyon 157 min 138 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, pandemiya qurbanlarının sayı 440 min 253 nəfərdir.

İndiyədək 4 milyon 260 min 420 nəfər xəstəlikdən sağalıb. Ən çox yoluxma (2,187,202) və ölüm faktı (118,435) ABŞ-da qeyd alınıb.

Xatırladaq ki, COVID-19 infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Koronavirus 213 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR