Balta ilə bankomatı yaran şəxslər saxlanılıb –

Rusiyanın paytaxtı Moskvada soyğuçular bankomat yarıblar.

Metbuat.az xəbər verir ki, təhlükəsizlik kameraları tərəfindən qeydə alınan bu hadisə zamanı üzündə maska olan soyğunçulardan biri bankomatı sındırmağa cəhd edir. Digər soyğunçu isə pulların saxlandığı dəmir qutunu bankomatdan ayırmağa çalışır.

Amma görüntülərdən aydın olur ki,onun bu cəhdi uğursuz olur. Artıq soyğunçluq edən hər iki şəxs polis tərəfindən saxlanılıb. Onlara qarşı oğurluq maddəsi üzrə cinayət işi açılıb.

Mənbə: RENTV


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR