İngiltərənin əfsanəvi futbolçusu Cek Çarlton 85 yaşında vəfat edib.
Metbuat.az xəbər verir ki, digər əfsanəvi ingilis futboçu Bob Çarltonun kiçik qardaşı olan Cek Çarlton 1966-ci ildə İngiltərə millisi ilə yeganə Dünya Kubokunu da qazanmışdı. O, 1952-73-cü illər arasında 21 il "Lids Yunayted" forması geyinmişdi.
Cek Çarlton məşqçi kimi İrlandiya millisində uğurlu olmuşdu.
Mənbə: sondakika.com