"Siti" "Liverpul"la heç-heçə etdi, "Lester" və "Tottenhem"dən qələbə

İngiltərə Premyer Liqasında 8-ci tur başa çatıb.

Metbuat.az xəbər verir ki, 3-cü oyun günündə 5 matç keçirilib. “Mançester Siti” doğma meydanda “Liverpul”u qəbul edib. Görüşdə qalib müəyyənləşməyib- 1:1.

“Lester” “Vulverhempton”dan üstün olub- 1:0.

“Tottenhem” səfərdə “Vest Bromviç”ə minimal hesabla qalib gəlib.

“Vest Hem” “Fulhem” üzərində 1:0 hesablı qələbə qazanıb.

Günün son qarşılaşmasında isə “Arsenal” “Aston Villa”ya 3 cavabsız qolla məğlub olub.

8 noyabr

“Mançester Siti” – “Liverpul” – 1:1
Qollar:
Məhəmməd Salah, 13 pen. (0:1), Qabriel Jesus, 31 (1:1)

“Lester” – “Vulverhempton” – 1:0
Qol:
Ceymi Vardi, 15 pen.

“Vest Bromviç” – “Tottenhem” – 0:1
Qol:
Harri Keyn, 88

“Vest Hem” – “Fulhem” - 1:0
Qol:
Tomas Soukek, 90

“Arsenal” – “Aston Villa” – 0:3
Qollar:
Bukayo Saka, 25 (öz qapısına, 0:1), Ollie Uatkins, 72 (0:2), 75 (0:3)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR