Fransanın "LOpinion" və İspaniyanın "El Pais" qəzetləri Türk PUA-larının uğurlarından yazıb.

Metbuat.az xəbər verir ki, Rusiya hava müdafiə sistemlərinin PUA-lara Suriya, Liviya və Qarabağda mane ola bilmədiyi qeyd edilən xəbərdə Türkiyənin hərbi sənaye cəhətdən çox inkişaf etdiyi bildirilib.

Suriyada həyata keçirilən "Zeytin Dalı" və "Barış Pinarı" hərəkatında terrorçulara ağır zərbə vuran və Qarabağda ermənilərə qan udduran PUA-ların məhv etdikləri hədəflərin görüntüsünü çəkmə özəlliyi də qeyd edilib.

Mənbə: Haber7