Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı artdı

Rusiyada son sutka ərzində daha 27 002 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 105 037 nəfərə çatıb. Son sutka ərzində 562 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 55 827 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR