Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində qeydə alınıb. Hərəkətədə olan iki minik maşını toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.