Ərini öldürən qadın: “Peşman deyiləm!” -

Bakıda həyat yoldaşını yatdığı yerdə öldürən qadın əməlindən peşman olmadığını bildirib.

Metbuat.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 41 yaşlı Günay Şıxəliyeva həyat yoldaşı 45 yaşlı Mahir Şıxəliyevi dəmir linglə vuraraq yatdığı yerdə qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

İTV-yə danışan ailənin qonşuları bildirib ki, M.Şıxəliyev spirtli içki aludəçisi olub. O davamlı olaraq həyat yoldaşı G.Şıxəliyevaya qarşı fiziki təzyiq göstərib. İlkin ifadə zamanı G.Şıxəliyeva cinayət törətdiyini etiraf edib və əməlindən peşman olmadığını deyib.

Bildirək ki, G.Şıxəliyeva və M.Şıxəliyevin birgə nikahdan iki yeniyetmə övladı var.

Qeyd edək ki, martın 7-də saat 5 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. (Oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR