Vaksinin ikinci dozası vurulmazsa, nə olar? -

Vətəndaş ikinci dozanı vurdurmarsa, birinici dozanın əhəmiyyəti itəcək.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, immunitetin effektli olması üçün vətəndaş hər iki dozanı vurdurmalıdır:

“İnsan bədənində əhəmiyyətli immunitetin yaranması üçün vaksinin hər iki dozası vurulmalıdır. Yalnız biri vurularsa, bu, əhəmiyyətini itirmiş olacaq".

T. Eyvazov qeyd edib ki, vətəndaş ikinci dozanı 28 gün ərzində vurdurmalıdır: "Az müddət keçəndən sonra da vurdura bilər, ancaq çox ara verilərsə, o zamanda yenidən birinci doza vurulmalıdır". (Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR