Bölgələr üzrə koronavirusa yoluxma

Azərbaycanda yeni növ koronavirus infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

Metbuat.az “koronavirusinfo.az” saytına istinadla xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52,9 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Aran rayonlarında 12,9, Abşeron rayonunda 12,9, Gəncə-Qazax bölgəsində 8, Şəki-Zaqatalada 3,3, Quba-Xaçmazda 3, Lənkəranda 2,8, Dağlıq Şirvanda 2,4, Yuxarı Qarabağda 1,4, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,4 faizdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR