Türkiyə 30 ildir Qarabağ münaqişəsinə niyə müdaxilə edə bilmirdi -

“Türkiyənin xaricdəki qızıl ehtiyatlarını ölkəyə gətirməsi onun regionda ciddi addımlar atmasına imkan verib”.

Metbuat.az xəbər verir ki, Türkiyənin İqtisadiyyat üzrə keçmiş dövlət naziri Masum Türker belə açıqlama verib. O bildirib ki, bəzi qüvvələr qızılları əllərində saxlamaqla Türkiyəyə iqtisadi cəhətdən ciddi təzyiqlər göstərərək, onun addımlar atmasına mane olurdu:

“Türkiyə bu qədər ildir Azərbaycandakı hadisələrə (Qarabağ münaqişəsi) niyə müdaxilə edə bilmirdi? Amma indi edə bildi. Mavi Vətən layihəsi illərdi var idi. Amma Ankara bu məsələdə addımlar ata bilmirdi. Liviyaya hərbi göndərə bilməzdik. Müstəqil qərarlar qəbul edə bilməzdik. Fransa niyə Kiprdə baza qurmaq istəyir? Çünki bizim Aralıq dənizində bu qədər güclü olacağımızı gözləmirdilər”.

Keçmiş nazir bildirib ki, qızıl ehtiyatları 2015-ci ildən başalayaraq ölkəyə gətirilib. Proses 2019-cu ildə yekunlaşıb. Onun sözlərinə görə, bəzi qüvvələr Türkiyəni çökdürə bilmək üçün iqtisadi təzyiq vasitələrindən istifadə edir. Türker bildirib ki, Ankara dövlətdə təmsil olunan "xainləri" postundan uzaqlaşdırandan sonra sərbəst addımlar atmağa nail olub.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR