x
Loading...
.

Nailə Vəlixanlıya VƏZİFƏ VERİLDİ

.

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.

AMEA-dan Metbuat.az-a verilən məlumata görə, tədbiri akademiyanın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb, elmi müəssisələrin qarşısında duran vəzifələrdən danışıb.

Daha sonra bir sıra kadr və cari məsələlərə baxılıb. AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına əsasən, bəzi elmi müəssisələrin baş direktoru vəzifəsinə seçkilər keçirilib. Belə ki, pandemiya qaydalarına uyğun olaraq açıq səsvermə yolu ilə keçirilən seçkilərdə tarixçi-şərqşünas alim, "Şöhrət" və “Şərəf” ordenli, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru vəzifəsinə seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR