“Azəriqaz”da yeni

“Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olunub.

Qurumdan Metbuat.az-a verilən məlumata görə, Birliyin baş direktorunun əmri ilə bu vəzifəni Azər Hacıbək oğlu Abasov icra edəcək.

A.Abasov bu təyinata qədər “Azəriqaz” İB-nin Metrologiya Departamentinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Tərtər Regional qaz istismarı İdarəsinin öncəki rəisi Rəşad Cavadov isə bu günlərdə Birliyin baş direktorunun satış üzrə müavini vəzifəsinə təyin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR