"Suqovuşandakı SES-lər işə salınıb" -

“Tərtər rayonunun Suqovuşan kəndindəki su elektrik stansiyaları (SES) hazırdır, işə salmışıq, test gedir”.

Metbuat.az xəbər verir ki, bunu Bakının Suraxanı rayonunda yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə məruzəsində bildirib.

“Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm” - deyə o, qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR