Ermənistan-İran

Ermənistanla İran arasında fəaliyyət göstərən Meğri gömrüyü bağlanıb.

Metbuat.az Unikal.org-a isitnadən xəbər verir ki, gömrük bağlandığı üçün Ermənistan-İran gömrük nəzarət-keçid buraxılış məntəqəsinin ətrafına xeyli yük avtomobili toplaşıb.

Məlumata görə, nəzarət keçid məntəqəsi Ermənistan dövlət gəlirlər komitəsi sədrinin müavini Şuşanik Nersisyanın (KİV-də “Nakolka Şuşo” ləğəbi ilə tanınır) əmri ilə bağlanıb.

Göstərişin verilməsinin səbəbi məlum deyil. Komitə də hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR