Tacikistan hərbiçiləri qırğız sakinlərin evlərini atəşə

Tacikistan hərbçiləri Qırğız Republikasının sərhədyanı Arka kəndindəki mülki əhalinin yaşadığı evləri atəşə tutub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Qırğızıstanın Sərhəd Xidməti bildirib.

Məlumata görə, atəşə tutulan kəndin sakinləri aprelin 29-da baş verən hadisədən sonra təxliyə edilib. Bildirilib ki, Tacikistanla sərhəddə vəziyyət gərgindir. Qırğızıstan sərhədçiləri müdafiə mövqeyi tutub.

Məlumata görə, Tacikistan tərəfi Qırğızıstanla sərhəddə əlavə hərbi qüvvə toplayır.

Qeyd edək ki, aprelin 28 və 29-da Tacikistan hərbçilərinin açdığı atəş nəticəsində Qırğızıstanın 163 vətəndaşı yaralanıb, 31-i ölüb. Qarşı tərəf isə 3 vətəndaşının öldüyünü bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR