ŞOK ÇAĞIRIŞ: Türkiyədən kömək istədilər -

Liviya hökuməti xarici qüvvələrin və muzdlu döyüşçülərin ölkədən çıxarılması üçün Türkiyəni əməkdaşlığa çağırıb.

Metbuat.az xəbər verir ki, Liviyanın Xarici İşlər naziri Necla Manquş türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Tripolidə keçirilən birgə mətbuat konfransında belə çağırış edib. O bildirib ki, iki ölkə sıx əməkdaşlıq qurmaq istəyini təsdiq edib. Çavuşoğlu isə bəyan edib ki, Türkiyə Liviyanın inkişafına dəstək verəcək.

Qeyd edək ki, ötən gün Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akara, Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan və Baş Qərargah rəisi Yaşar Gülər gözlənilmədən Liviyaya səfər edib.

Əlavə edək ki, Liviyada Rusiya ordusunun hərbçiləri ilə yanaşı Moskvanın nəzarətindəki muzdluların olduğu irəli sürülür. Muzdlular üsyançı general Xəlifə Haftara fəal dəstək verir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR