DƏHŞƏTLİ İDDİA: Yoxa çıxan təyyarə lazer silahı ilə vurulub -

Hava nəqliyyatı tarixinin ən müəmmalı hadisələrindən biri olan MH370 nömrəli uçuşla bağlı yeni iddialar ortaya atılıb.

Metbuat.az xəbər verir ki, 2014-cü ildə Kuala Lumpur-Pekin marşrutu üzrə uçan təyyarənin pilotu radarların fəaliyyət göstərmədiyi saatlardan və ərazilərdən xəbərdar olub. İddialara görə, pilot təyyarəni icazə verilməyən marşrut üzrə uçuraraq izini itirib. Amerikalı mütəxəssislər pilotun psixoloji problemləri olduğuna görə layneri dənizə çırpdığını iddia etsə də, müstəqil araşdırma qrupu pilotun psixoloji problemləri barədə iddiaları rədd edib. 227 sərnişin və 12 heyət üzvünün yoxa çıxdığı qəza ilə bağlı ən dəhşətli iddia isə jurnalist Florense de Şanginin müəllifi olduğu “The Disappearing Act” adlı kitabda qeyd edilib.

Müəllif iddia edir ki, təyyarə Vyetnam yaxınlığında gizli əməliyyat zamanı bilərəkdən və ya səhvən lazer silahı ilə vurulub. İddialara görə, təyyarənin uçuşu zamanı yeni lazer silahı test edilib.

Qeyd edək ki, təyyarənin axtarışlarını həyata keçirən xilasedicilər Hind okenında qalılar tapdığını və qalıqların yoxa çıxan təyyarəyə aid olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR