ŞİDDƏTLİ ATIŞMA: Xarici İşlər Nazirliyinə hücum edildi

Tripolidə Liviyanın Xarici İşlər Nazirliyinin binası hücuma məruz qalıb.

Metbuat.az xəbər verir ki, atışmadan sonra bir qrup silahlı binaya daxil olub. Məlumata görə, hücumu “Tripoli İnqilabçıları”dəstəsi təşkil edib. Tələfat barədə məlumat yoxdur.

Silahlılar binanı ələ keçirəndən bir müddət sonra ərazini tərk ediblər. Hücum region ölkələri tərəfindən pislənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR