Türkiyəyə çağırış etdilər: Ordunu orada saxlama -

Taliban terror qruplaşması NATO hərbçilərinin Əfqanıstandan çəkilməsindən sonra Kabil hava limanının təhlükəsizliyinin Türkiyə ordusuna həvalə ediləcəyi ilə bağlı məsələyə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, açıqlamaya görə, Əfqanıstandakı istənilən xarici qüvvə işğalçı hesab olunacaq və onlara qarşı mübarizə aparılacaq:

“Türkiyə ilə həmişə yaxşı münasibətlər qurmaq istəmişik. Türkiyə ilə ortaq dəyərlərimiz var. Onlar da müsəlmandırlar. Lakin Türkiyə hərbçilərini orada saxlasa, nəticələrini də qəbul etmək məcburiyyətində qalacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR