x
Loading...

YUNİSEF-in rəhbəri istefa verdi

BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Henrietta For vəzifəsindən istefa vermək barədə qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak mətbuat konfransı zamanı bəyan edib.

O, bildirib ki, H.For vəzifəsini tərk etmək niyyəti barədə BMT Baş katibi Antoniu Quterrişi məlumatlandırıb.

Qeyd edək ki, H.For 1 yanvar 2018-ci ildən bəri YUNİSEF-ə rəhbərlik edir. O, quruma yeni başçı təyin edilənədək vəzifəsində qalacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR