Tarixi gün: Birləşmiş Ərəb Əmirlikləri Təl-Əvivdə səfirlik açdı

Birləşmiş Ərəb Əmirlikləri Təl-Əvivdə səfirlik açıb.

Metbuat.az xəbər verir ki, açılış mərasimində İsrail prezidenti İsaak Herzoq da iştirak edib. O bildirib ki, krallığın bayrağının Təl-Əviv səmalarında dalğalanması keçmişdə xəyal kimi görünürdü. İndi isə bu reallığa çevrildi.

Prezidentin sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşması regionun inkişafına da müsbət təsir edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR