Xüsusi təyinatlı hərbçilər küçədə edam edildi -

Əfqanıstanda 22 xüsusi təyinatlı hərbçinin edam edildiyi görüntülər böyük rezonans yaradıb.

Metbuat.az xəbər verir ki, hadisə barədə şahidlərdən biri CNN televiziyasına danışıb. O iddia edib ki, Taliban terrorçuları ərazini ələ keçirdikdən sonra hərbçilərin təslim olmasını istəyib. Hərbçilər təslim olandan sonra isə onlar küçədə edam edilib. Yayılmış görüntülərdə yerli sakinlərin terrorçuları əməllərindən daşındırmağa çalışdığı bildirilir.

Taliban silahlıları isə iddia edib ki, edam görüntüləri saxtadır və hökumət tərəfindən hazırlanıb. Məqsəd hərbçilərin təslim olmasına mane olmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR