Rusiyada sutka ərzində rekord ölüm qeydə alındı

Son 24 saatda Rusiyada 791 nəfər koronavirusun qurbanı olub.

Metbuat.az xəbər verir ki, bu, ölkədə bu günədək qeydə alınan rekord sutkalıq yoluxmadır. Bununla COVİD-19-dan ölənlərin sayı 146 min 69 nəfərə çatıb.

Ölkədə son 24 saatda 25 min 293 nəfər virusa yoluxub. Ümumilikdə isə Rusiyada koronavirusa yoluxma sayı 5 milyon 882 min 295 nəfər olub.

Virusun ən çox yayılıdığı yer ölkənin paytaxtı - Moskva şəhərindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR