Merkelin çətin anları: yorğunluqdan gözünü aça bilmədi -

Avropada bir çox ölkədə yoluxmaların artmasına görə, hökumət üzvləri fasiləsiz çalışmağa başlayıb.

Metbuat.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel də son günlər gecə-gündüz işləyən rəsmilərdən biridir.

Belə ki, A.Merkel ötən gün baş tutan və Almaniya vətəndaşlarının ona sual verdiyi onlayn toplantıda yorğunluqdan gözlərini aça bilməyib.

A.Merkelin canlı yayımda yorğun və yuxulu halı diqqətlərdən qaçmayıb. O, hətta gözlərini aça bilmək üçün ovuşdurmağa başlayıb.

Merkelin sözügedən vəziyyəti Almaniyada sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Merkelin təqaüdə çıxmaqla bağlı qərarının doğru olduğunu söyləyiblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR