Zaxarova erməni qadını ƏLƏ SALDI:

Mariya Zaxarova sosial şəbəkə hesabında erməniləri ələ salıb.

Metbuat.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova təkcə ölkəsində deyil, Azərbaycanda da kifayət qədər tanınır. Bu dəfə Mariya.Zaxarova “Facebook” hesabında Ukrayna Konstitusiya Məhkəməsinin “Ukrayna dilinin dövlət dili kimi istifadəsini təmin etmək haqqında” qanunu ölkə konstitusiyasına uyğun hesab etməsi barədə məlumata münasibət bildirib.

Amma onun bu fikirlərinə Armine Xarazyan adlı erməni qadın "tənqidi" açıqlamalar yazıb.

“Bu sizi niyə belə narahat edir? Bəs bu Almaniya və ya Fransa olsaydı… Niyə digər suveren ölkə üçün narahat olursunuz? Burnunuz niyə belə uzundur? Və o, həmişə lazım olmayan yerdədir”. Çox keçmədən, həmin bu erməni istifadəçinin şərhinə Rusiya XİN-in rəsmi nümayəndəsi diiplomatik bir cavab yazaraq onu necə deyərlər yerində otuzdurub.

Zaxarova yazıb ki, “Niyə bizi nəyinsə narahat etməsi, sizi bu qədər narahat edir?". Qeyd edək ki, M.Zaxarova bu açıqlamanı "Dostlarla yazışmamdan seçilmiş yerlər" başlığı ilə paylaşıb.

Həmin yazışmadan görüntünü təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR