Təyyarədən evin üzərinə bağlama düşdü:

İtaliyanın Sardiniya adasında qəribə hadisə baş verib.

Metbuat.az xəbər verir ki, evin üzərinə bağlama düşüb. Sakinlər bağlamanı açanda gördüklərinə inanmayıb.

Onun içində külli miqdarda narkotik maddə olub. Araşdırmalar nəticəsində məlum olub ki, cinayətkarlar təyyarə ilə narkotik maddə daşıyıb. Onlar bağlamanı səhv ünvana atıblar. Narkotik vasitənin dəyəri 9 milyon avrodur. Məlumata görə, təyyarə yerə yaxın uçduğuna görə radara düşməyib. Araşdırmalar davam edir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR