20 ildən sonra QAYITDI: Ölümcüldür -

Ölkələri diz çökdürən və rəsmi rəqəmlərə görə 4 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyasının hələ qarşısı alına bilinməsə də, Amerikanın mərkəzində yeni bir virus meydana çıxıb.

Metbuat.az xəbər verir ki, 9 iyulda Nigeriyadan Dallas Hava limanına uçan ABŞ vətəndaşında “meymun çiçəyi virusu” aşkar edilib.

Dallas Bölgə Hakim Klay Cenkis etdiyi açıqlamada: "Heç bir həyəcan təbili yoxdur və ümumi bir təhlükə gözləmirik" deyə bildiribı.

Səlahiyyətlilər, sərnişinlərin koronavirus epidemiyası səbəbiylə təyyarədə maskalar taxdıqları üçün sözügedən virusun yayılma riskinin az olduğunu bildiriblər.

İlk dəfə 1950-ci illərdə laboratoriyada mühitdə meymunlarda aşkarlanan, tənəffüs yolları ilə ötürülən və insandan insana keçə bilən “Meymun Çiçəyi Virusu” ABŞ-da təxminən 20 ildir ki, görünmürdü.

7 ilə 14 gün arasında simptomları inkişaf edən virusun əlamətlərinə yorğunluq, baş ağrısı, yüksək qızdırma və əzələ ağrıları daxildir. Dəri qabarcıqlarına səbəb olan nadir tropik xəstəlik meymunların, siçovulların, dələlərin və digər kiçik məməlilərin yaydığı bir virusdan qaynaqlanır. 2003-cü ildə nəzarətə alınan virus üçün xüsusi bir müalicə və ya peyvənd yoxdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR