Bayden İraq Baş naziri ilə

Ağ Evin rəsmi saytında yer alan məlumata görə, ABŞ Prezidenti Coi Bayden, 26 iyul 2021-ci ildə İraq Baş naziri Mustafa əl-Kazemi ilə görüşəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Katibi Cen Psakinin xüsusilə İraq Baş naziri Mustafa əl-Qadiminin səfəri ilə bağlı verdiyi açıqlamada belə deyilir:

“Baş nazirin səfəri ABŞ və İraq arasındakı strateji tərəfdaşlığı vurğulayacaq və Strateji Çərçivə Sazişi (SFA) çərçivəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirəcək.
Səfər, eyni zamanda, təhsil, səhiyyə, mədəniyyət, enerji və iqlim təşəbbüsləri daxil olmaqla ümumi maraq kəsb edən əsas məsələlərə yönəldiləcək.
Prezident Bayden, İŞİD-i məğlub etmək üçün ortaq səylər də daxil olmaqla siyasi, iqtisadi və təhlükəsizlik məsələlərində İraqla ikitərəfli əməkdaşlığın gücləndirilməsini gözləyir” deyə açıqlamadan qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR