Bu üzümün bir salxımı 12.700 dollara

Yaponiyada bir salxım "Ruby Roman" qırmızı üzüm növü mövsümün açılışında 1,4 milyon yenə (12,700 dollar) satılıb.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın Ishikawa əyalətinin Kanazawa bölgəsində müştəriyə təqdim olunan üzümlərin qiyməti əvvəlki ilə nisbətən 100 min yen (910 dollar) artıb. Kyodo agentliyinin xəbərinə görə, ilin ilk hərracında 253 salxım "Ruby Roman" növündə üzüm satılıb. Yaponiyada az miqdarda turşusu və şəkəri çox olan stolüstü tennis topu ölçüsündə olan "Ruby Roman" üzümləri, ilk dəfə 2008-ci ilin avqust ayında satışa çıxarılıb.

Руби Роман - сорт винограда


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR