Kanadada isti havalar nəticəsində ölənlərin sayı 800-ü keçib

Kanadanın Britaniya Kolumbiyası əyalətində anomal istilər nəticəsində 800-dən çox insan həyatını itirib.

Metbuat.az-ın məlumatına görə, 25 iyun - 1 iyul tarixləri arasında havanın temperaturu 40 dərəcəni keçib və bunun nəticəsində əyalətdə 808 nəfər anomal havanın qurbanı olub.

Ən çox ölüm sayı(300 nəfər) 29 iyun tarixinə təsadüf edib. Ölüm halı əsasən təqaüdçülər arasında qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR