Türk jurnalist nəhəng buğanın altında qalmaqdan son anda xilas oldu -

Türkiyənin paytaxtı Ankarada qorxulu anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, Gölbaşı qurbanlıq qoyunlar bazarında heyvanların gözəllik yarışması təşkil edilib.

Yarışmada səhnəyə çıxmaq istəməyən 850 kiloqram çəkili "Boran" adlı buğa təhlükəli anlara səbəb olub. O, yarışmanı lentə alan televiziya əməkdaşlarını bərk qorxudub.

Belə ki, 3 yaşlı "Boran" qəfildən onların üzərinə yeriməyə başlayıb. Həmin vaxt yarışmanın anonsunu edən jurnalist buğanın altında qalmaqdan zorla qurtulub.

Müxbirin yaşadığı çətin anlar anbaan kameralar tərəfindən görüntülənib.

Qeyd edək ki, yarışmada ilk üç yeri tutan ağır çəkili mal-qara sahibləri mükafatlandırılıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR