Belçikada daşqınlar nəticəsində ölənlərin sayı 31 nəfərə yüksəlib

Belçikada baş vermiş daşqında ölənlərin sayı 31 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə federal böhran mərkəzi məlumat yayıb.

Bildirilib ki, 163 nəfər itkin düşüb.

Yerli KİV isə 35 nəfərin cəsədinin tapılması barədə məlumatlar yayıb.

Qurban sayının çox olması səbəbindən 20 iyul tarixini milli matəm günü elan edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR