Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) azyaşlı körpəsinə süd verən anaların da koronavirusa qarşı peyvənd edilməsini tövsiyə edib.
Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, ÜST-ün bir qrup rəsmisinin Cenevrədə keçirilən iclasında da bu qərara gəlinib.
məlumata görə, süd verən analar üçün peyvənd risk yaratmır:
“Bir sıra qısamüddətli tədqiqatlar göstərir ki, süd verən analar peyvənd olunduqdan sonra onların körpələri üçün heç bir risk olmayacaq”.