Arvadı kimi bəzəndi: Onun paltarlarını geyinib insanların arasına çıxdı -

İndoneziyada şərti adı D.V olan kişinin davranışı böyük rezonans yaradıb.

Metbuat.az xəbər verir ki, koronavirus xəstəsi olan şəxs, səyahət edə bilmək üçün xəstə olmayan həyat yoldaşının sənədlərindən istifadə edib. O, təyyarə ilə səyahət etməyə çalışıb. Məlumata görə, həyat yoldaşı kimi bəzənən kişi, ifşa olmaması üçün üzünü maska ilə bağlayıb. Lakin heyət üzvləri onun kişi olduğunun fərqinə varıb.

Həyəcan siqnalından sonra pilot geri qayıtmağa qərar verib. Şəxs dərhal karantina alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR