​Rusiya elan etdi: Türkiyə ilə razılıq əldə etməyə çox yaxınıq

Rusiyanın “Rosoboronexport” şirkətinin baş direktoru Aleksandr Mixeyev Moskva və Ankaranın yeni hərbi saziş imzalamağa yaxın olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Məlumata görə, yeni saziş S-400 müdafiə sistemləri ilə bağlıdır. Mixeyev detallar barədə məlumat verməsə də, türk mediası yazır ki, S-400 sistemləri ilə bağlı ikinci saziş ilk müqavilədən fərqli olacaq:

“1-ci müqavilə müdafiə sistemlərinin birbaşa satışını əhatə edirdi. İkinci sazişdə isə texnologiya transferi ilə birlikdə birgə istehsal prosesinin başlaması nəzərdə tutulur. Beləliklə, razılıq əldə olunarsa, S-400 sistemlərinin bəzi hissələri Türkiyədə istehsal ediləcək”.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR