Gürcüstanda son sutkada 2 mindən çox insan koronavirusa yoluxub

Gürcüstanda son sutkada 2061 nəfər koronavirusa yoluxub, 23 nəfər dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bununla da pandemiyanın başlanğıcından ölkədə koronavirusa yoluxanların sayı 402 759-a, ölənlərin sayı isə 5 688-ə yüksəlib.

Son sutkada 1654 nəfər isə sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 373 088 olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR