Hindistanda torpaq sürüşməsi anbaan görüntüləndi -

Hindistandakı Sanqla vadisində meydana gələn torpaq sürüşməsi nəticəsində doqquz nəfər ölüb, üç nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, sürüşmə kameralarda əksini tapıb.

Bildirilib ki, sərnişin mikroavtobusunun üstünə vadidən qopan qaya parçaları düşüb. Bölgəyə çox sayda xilasedicilər cəlb edilib.

Bundan başqa, torpaq sürüşməsi nəticəsində Baspa çayı üzərindəki bir körpü çöküb, çayın kənarında park edilmiş çox sayda maşına zərər dəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR